
Müştəri Rəyləri
Fikriniz bizim üçün çox dəyərlidir — Sea Breeze-də bizimlə mənzil sahibi olmuş müştərilərimizin sözləri.
Bugün Sea Breeze-də bir mənzil aldım. Rieltor Mirza bəyin peşəkar iş sayəsində çox qısa vaxtda bütün işlər yerinə yetirildi və alqı-satqı bitdi. Müştəri məmnuniyyəti üst səviyyədə olan bu xidmət o qədər xoş təəssürat bağışladı ki, artıq bütün tanışlarımı bu peşəkar insana yönləltməyi qərara aldım.
İlk mənzilimi Sea Breeze-də Mirza bəyin köməkliyi ilə aldım. Özümü çox xoşbəxt və şanslı hiss edirəm ki, bu işin əvvəlindən müştərilərinin qayğısına qalan bir peşəkarla qarşılaşdım. Bir daha təşəkkür edirəm, Mirza bəy!
Mən Mirza bəyi tanımağıma çox şadam, işinin peşəkarıdır. Fransadan gəldim, tədasüfən onunla tanış oldum, çox gözəl təkliflər etdi və biz ev sahibi olduq, bir daha təşəkkürlər Mirza bəy.
Salam, mən müştəri olmuşam. Və müştəri olandan sonra da normal dostluğumuz davam edir. Xoş gülərüz xidmətini müsbət dəyərləndiririm. Əsasda iş əsnasında sıxıcılıq yox, tam sərbəstlik var idi, ən vacib tərəflərdəndir ki, sizdə bu yüksək səviyyədədir.
İstər müştəri kimi, istərsə də partnyor kimi sizdən həmişə razıyıq. Xidmətinizə görə təşəkkür edirik. Yaxşı ki, varsınız.
Hər kəsə bir dəfə müsbət mənada köməklik göstərdiyi doğrudur.
Bizdə çox-çox razıyıq, ev alarkən əlverişli və rahat sənədləşmədə qulluğumuzda qaldı, çox razı qaldıq.
Salam Mirzə m. Sizin müştəriviz kimi demək istərdim ki, sizin kimi savadlı, təmkinli, işini yüksək səviyyədə yerinə yetirən mütəxəssislə işləmək çox xoşdu. İllərdi sizi tanıyıram və istərdim uğurlarınız bol olsun, ətrafınızda sizə güvənən müştərileriniz çox olsun.
Salam Mirzə müəllim, məndə sizin müştəriniz olmuşam. Müştərilərə göstərdiyiniz diqqətə görə sizə minnətdaram. Qarşıdan gələn yeni iliniz mübarək, necə belə gözəl illər keçirəsiniz. Allah sizdən razı olsun.
